Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib. 

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın  cinayətlərində təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

.