Rusiya Latviya, Litva və Estoniyanın 347 vətəndaşının ölkəyə girişini qadağan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslərin arasında nazirlər, parlament deputatları, ictimai xadimlər və jurnalistlər də yer alıb.

Sanksiyalara səbəb olaraq Pribaltika ölkələrinin Rusiyaya qarşı düşmən siyasəti, Latviya, Litva və Estoniya tərəfindən Rusiyanın daxili işlərinə müdaxilə, Sovet hərbçilərinin abidələrinin sökülməsi və s. göstərilib.

.