Rusiya Premyer Liqasının prezidenti Aleksandr Alayev UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin iclasına dəvət edilib.

Toplantı aprelin 25-də qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

RPL prezidenti 2022-ci il fevralın 24-dən bəri ilk dəfə UEFA-nın tədbirinə çağırılıb. Bu dəvətə əsasən, Rusiya komandalarının tədricən beynəlxalq arenaya qayıtmaları prosesinə başlanılacağı güman edilir.

Qeyd edək ki, FIFA və UEFA 2022-ci ilin martında Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıb.

.