"Vektor" mərkəzi Rusiya istehsalı olan peyvəndlərin koronavirusun "Britaniya ştammı"na qarşı effektiv olduğunu təsdiqləyib.
 
RİA Novosti verdiyi xəbərə görə, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib.
 
Mərkəzin mütəxəssisləri tərəfindən aparılan müqayisəli tədqiqat çərçivəsində "Sputnik V" və "EpiVacCorona" peyvəndlərinin koronavirusun "Britaniya ştammı"na qarşı təsirli olduğu müəyyənləşib. 

.