Rusiyanın imzaladığı hərbi texnikanın ixracı üzrə müqavilələrin portfeli rekord göstərici olan 70 milyard ABŞ dollarına qədər artıb.

Yenizaman-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş nazirinin birinci müavini Denis Manturov Prezident Vladimir Putinlə görüşündə bildirib.

"2022-ci ilə qədər portfelin maksimum həcmi 55 milyard ABŞ dolları təşkil edirdi. Bu gün bu, 70 milyard ABŞ dolları ilə rekord göstəricidir", - o qeyd edib.

D.Manturovun fikrincə, portfelin artırılması tendensiyası davam edəcək. O bildirib ki, xarici sifarişçilər xüsusilə Rusiyanın radioelektron mübarizə sistemləri və pilotsuz uçuş aparatlarına maraq göstərirlər.

.