Rusiya Olimpiya Komitəsi (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən kənarlaşdırılıb.
Bunu BOK-un nümayəndəsi Mark Adams açıqlayıb.
BOK-un bu addımı atmasına qondarma “Donetsk və Luqansk respublikaları”, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının ROK-a daxil edilməsi səbəb olub.
BOK İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.
Qeyd edək ki, “Donetsk və Luqansk respublikaları”, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuraları oktyabrın 5-də ROK-a üzv qəbul olunub.
.