Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Monteneqronun azərbaycanlı biznesmen Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin əsaslarını öyrənmək barədə göstəriş verib.

İstintaq Komitəsinin saytında yerləşdirilən məlumatda bildirilir ki, A. Bastrıkin Komitənin Beynəlxalq Hüquq İdarəsinə Rusiya Xarici İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində Monteneqronun Telman İsmayılovu verməkdən imtina etməsinin səbəblərini ətraflı öyrənib, bunun əsasında məruzə hazırlamağı tapşırıq.

Məlumatda o da bildirilib ki, Rusiya İstintaq Komitəsi Monteneqro tərəfinin bu qərarı ilə razılaşa bilməz.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.

Telman İsmayılovun vəkili isə yerli “Vijesti” nəşrinə bildirib ki, məşhur azərbaycanlı biznesmen artıq Monteneqroda siyasi sığınacaq alıb.

Nəşrin yazdığına görə, T.İsmayılov artıq istintaq təcridxanasından buraxılıb.

.