Ukraynanın hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemi Rusiyanın xüsusi əməliyyatı nəticəsində demək olar ki, tamamilə məhv edilib.
Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.
“Ukraynanın dəniz qüvvələri artıq mövcud deyil”, -deyə Rudskoy əlavə edib.
Generalın sözlərinə görə, Ukraynanın demilitarizasiyası əməliyyatı hərbi infrastruktur obyektlərinə, birləşmələrin və hərbi hissələrin yerləşdiyi yerlərə, aerodromlara, komanda məntəqələrinə, arsenallara və silah və hərbi texnika anbarlarına yüksək dəqiqliklə zərbələr endirməklə yerinə yetirilir.
“Belə ki, fevralın 24-də Ukrayna ordusunda xidmətdə olan 2416 tank və digər döyüş zirehli texnikasından 1587-si məhv edilib.
152 hərbi təyyarədən 112-si, 149 helikopterdən 75-i, 36 Bayraktar TB2 pilotsuz təyyarəsindən 35-i, 180 S-300 və Buk M1 pilotsuz təyyarəsindən 148-i, müxtəlif təyinatlı 300 radiolakasiya stansiyasından 117-si məhv edilib.
Ay ərzində Ukrayna qoşunları 30 minə yaxın itki verib, o cümlədən 14 mindən çox ağır yaralı verib.
Rusiya Ukraynada indiyə kimi olan itkilərini açıqlayıb
Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı indiyə kimi olan itkilərini açıqlayıb.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi Sergey Rudskoy Ukraynada əməliyyatlarda indiyə kimi 1351 hərbçinin həlak olduğunu, 3825 nəfərin isə yaralandığını açıqlayıb.
Ukrayna aviasiyasının döyüş növlərinin həyata keçirildiyi 16 əsas hərbi aerodrom vurulub, 39 arsenal məhv edilib, burada Ukraynanın bütün hərbi texnika ehtiyatlarının 70% -ə qədəri saxlanılırdı”, - general vurğulayıb.
.
