"Moskva" kreyserində yanğının mənbəyi lokallaşdırılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva kreyserində açıq yanğın yoxdur. "Sursatların partlaması dayandırılıb. "Moskva" kreyseri üzmə qabiliyyətini qoruyub saxlayır. Əsas raket silahı zədələnməyib.

Kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib.

Kreyserin limana yedəklənməsi üçün tədbirlər görülür. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

.