Rusiya Krasnoarmeyskdə (Pokrovsk) mühasirəyə alınan Ukrayna əsgərlərinin təslim olmağa başladığını bildirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya prezidenti Vladimir Putin Krasnoarmeyskdə mühasirəyə düşən Ukrayna əsgərləri ilə görüş üçün xarici və ukraynalı jurnalistlərə dəhliz yaradılması barədə göstəriş verib. Lakin Ukrayna tərəfi Putinin təklifini rədd etmişdi.
Daha sonra isə Ukrayna tərəfinin Pokrovska xüsusi təyinatlı dəstə göndərdiyi məlum olub. Rusiya MN bu gün Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsinin 11 üzvünün bu gün öldürüldüyünü açıqlayıb.
.
