Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin altıncı karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb.

“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

.