Rusiya Müdafiə Nazirliyi Donetskin Konstantinovka rayonunda “İsgəndər” kompleksindən endirilən zərbə nəticəsində 2022-ci ilin martında Kiyev yaxınlığında rus hərbçilərinin işgəncə və qətlində əli olan Gürcüstan Milli Legionunun döyüşçülərinin məhv edildiyini bildirib.
Raket zərbəsi aprelin 21-də kitabxananın binasında yerləşən Ukrayna Silahlı Qüvvələrinin muzdlularının olduğu yerə endirilib.
Nəticədə “Gürcüstan legionu”nun 60-a qədər döyüşçüsü və 15 hərbi texnika məhv edilib. Daha 20-yə yaxın muzdlu ağır yaralanıb.
.
