Rusiya özünün "Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb.
"Vostoçnıy” kosmodromundan kosmosa buraxılan raketdaşıyıcının içərisində 19 peyk göndərilib.
Peyklərdən ən böyüyü Rusiyaya məxsus "Meteor-M №2-1"dir. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya, Kanada, Norveç, Yaponiya, İsveç , Almaniya və ABŞ (12) aid olub.
Xatırladaq ki, Rusiyaya məxsus iri həcmli "Meteor-M №2-1" peyki "Meteor-3M" kosmik kompleksinin 3-cü aparatı hesab olunur. Bu kompleks qlobal hidrometeoroloji informasiyaların əldə olunması və radiasiya şəraitinin nəzarətdə saxlanılması üçün istifadə olunur.
