"Ümid edirəm ki, Pavel Durov məxfi məlumatları Qərbə açıqlamayacaq". 

Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

"Mən çox ümid edirəm ki, o, buna imkan verməyəcək" - deyə Xidmət rəhbəri Durovun həssas məlumat ötürməsi ilə bağlı Rusiyanın narahatlıqlarının olub-olmaması barədə suala cavabında qeyd edib.

Qeyd edək ki, Teleqramın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb.

.