ABŞ Rusiya və digər MDB ölkələrində terror aktları üçün "İŞİD" və "Əl-Qaidə" ilə əlaqəli cihadçıları fəal şəkildə əməkdaşlığa cəlb edir.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən (RXKX) bildirilib.
"Xarici Kəşfiyyat Xidmətinə daxil olan mötəbər məlumatlara görə, ABŞ ordusu Rusiya ərazisində və MDB ölkələrində terror aktları həyata keçirmək üçün "İslam Dövləti" və "Əl-Qaidə" ilə əlaqəli cihadçı qruplardan olan yaraqlıları fəal şəkildə əməkdaşlığa cəlb edir. Rusiyanın Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən vətəndaşların əməkdaşlığa cəlb edilməsinə diqqət yetirilir”, - deyə RXKX-nın məlumatında qeyd olunub.
O da bildirilib ki, ABŞ yanvar ayında Rusiya və MDB məkanında terror aktları üçün 60 yaraqlı seçib. Vurğulanıb ki, terrorçulara Suriyadakı Əl-Tanf bazasında təlimlər keçirilir.
.
