Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, kanadalı diplomata NATO ölkələrinə qarşı nəzərdə tutulan təxribat ittihamları ilə bağlı nota təqdim edilib.
Diplomata bildirilib ki, ABŞ və onun satellitlərinin təhriki ilə koordinasiyalı şəkildə yayılan bu fərziyyələr Rusiyaya qarşı açılmış hibrid müharibə və Kiyev rejimini müasir silahlarla gücləndirmək, habelə Kanadadan olan muzdluların iştirakı kontekstində Castin Trudo hökumətinin xeyir-duası ilə Kiyev rejiminin tərəfində döyüşlərdə anti-Rusiya təxribatının ehtimal hazırlığını göstərir.
Kanada tərəfinə bildirilib ki, Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətləri cavabsız qalmayacaq. Kanada hakimiyyəti ehtiyatlı davranmalı və Rusiya ilə qarşıdurmanı dərinləşdirən zərərli addımlardan çəkinməlidir", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
.