Bizim gözləntimiz Rusiya Prezidentinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib, məktubda cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub: “Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. Güman edirəm ki, bu məsələyə də aydınlıq gətiriləcək”.

.