
Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Balaşixa şəəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə nazirliyinin general leytnantı Yaroslav Moskalikin ölümü ilə bağlı cinayət işi açıb.
Rusiya İstintaq Komitəsi generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi təsvir edib.
Həmçinin komitədən bildirilib ki, avtomobildə elemetləri olan partlayıcı qurğu işə düşüb.
13:33
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin öldüyü məlum olub.
Yenizaman xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalik həlak olub. Onun 2021-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.
***
12:50
Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində avtomobil partlayıb.
Yenizaman yerli teleqram kanallarına istinadən xəbər verir ki, partlayışın mənbəyi park edilmiş “Volkswagen”in içərisində olub.
Bunu avtomobilə ilkin baxışın nəticələri və dəymiş ziyanın xarakteri göstərir. Hazırda iki versiya nəzərdən keçirilir: partlayıcı qurğu və içəridə yerləşən qaz balonunun partlaması.
Avtomobilin dam örtüyü tamamilə qopub, gövdəsi isə sona qədər yanıb.
İlkin məlumatlara görə, təsadüfi yoldan keçən bir nəfər həlak olub.
Partlayışın səbəbini müəyyən etmək üçün hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.
Hadisə yerindən kadrlar sosial şəbəkələrdə yayımlanır.
.