Rusiyanın İranda inşa etdiyi Buşer atom elektrik stansiyasından demək olar ki, bütün əməkdaşlar təxliyə edilib.

Bu barədə Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev məlumat verib.

O, qeyd edib ki, bu gün Buşehrdə yerləşən stansiyadan 108 işçi təxliyə edilib, yalnız 20 nəfər isə avadanlıqlara nəzarəti davam etdirmək üçün qalacaq.

O əlavə edib ki, Rusiya hazırda bu stansiyada daha iki nüvə reaktoru tikir.

Lixaçev bildirib ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub.

.