Rusiyanın paytaxtı Moskvada Domodedovo və Jukovski hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etməyəcək.
Bu barədə Rusiya KİV-i Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatına istinadən məlumat yayıb.
Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Domodedovo və Jukovski hava limanlarında müvəqqəti olaraq məhdudiyyətlər tətbiq olunub.
Uçuşların təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları və dispetçerlər lazımi tədbirlər görür.
.