
Rusiyanın Xəzərdə "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk" və "Mahaçqala" kiçik raket və artilleriya gəmilərinin ekipajı Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) ilə təlimlərə hazırlaşmağa başlayıb.
"Trend"-in verdiyi məlumata görə, bunu Rusiya Cənub Dairəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, ekipajlar hazırlıq prosesində müxtəlif mövzuda gəmi təlimlər keçirəcəklər. Hərbi xidmət tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya HDQ-nin gəmiləri iyunda Bakı və Aktau limanlarına daxil olacaqlar.