Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb. 

TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“Pilotlar “Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib”, - məlumatda bildirilib.

Helikopterlər atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət edir, həmçinin maddi və texniki əmlakın və şəxsi heyətin çatdırılmasının monitorinqini aparır. 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi An-124 təyyarəsi ilə İrəvana 8 ədəd helikopterin çatdırıldığını açıqlamışdı.

 

.