Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağda münaqişə zonasında hərbi əməliyyatların dayandırıldığı rayonlara nəzarət edəcək.

TASS verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, helikopterlər sülhməramlı əməliyyatlar zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət bölgəsində havadan monitorinqi həyata keçirəcəklər.

Qeyd olunub ki, helikopterlər həmçinin sülhməramlı qüvvələrin maddi-texniki təminatı və şəxsi heyətinin çətinliklə gedilə bilən rayonlara çatdırılmasına da cəlb olunacaqlar.

Helikopterlər An-124 “Ruslan” hərbi-nəqliyyat vasitələrində İrəvana göndərilib.

.