Rusiya hakerləri ABŞ Dövlət Departamentinin və Ağ Evin kompüter serverlərinə girişi ələ keçirib.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı CNN telekanalı yayıb. Hələlik araşdırma gedir və ehtimal edir ki, hakerlər məxfi məlumat bazasını ələ keçirə bilməyiblər. Bununla belə hakerlərin prezident Barak Obamanın mühüm şəxsi yazışmalarını girişi ələ keçirdiyi dəqiqləşib. CNN qeyd edir ki, bir sıra xüsusi xidmət orqanları bu cür informasiyalara görə yaxşı mükafat verir, hərçənd ki, Obamanın ələ keçirilən yazışmaları mühüm dövlət sirri təşkil etmir.
Hakerlərin Dövlət Departamentinin kompüter sisteminə müdaxiləsi haqda xəbərlər hələ ötən ay yayılmışdı. Federal Təhqiqatlar Bürosu, ABŞ Məxfi Xidməti və digər xüsusi xidmət strukturları bu haker müdaxiləsi ilə bağlı araşdırmaları hələ də davam etdirirlər. Təhqiqat zamanı haker hücumunun izinin Rusiyaya gedib çıxdığını göstərən dəlillər əldə edilib.
Ağ Ev administrasiyasının rəsmisi Ben Rods CNN-in efirində bildirib ki, məxfi məlumat bazasına toxunulmayıb, bununla belə rəsmi detalları açıqlamayıb. Ben Rods Rusiyanın kiberhücumlarının artdığını təsdiq edib və bildirib ki, Birləşmiş Ştatlar bu hücumlara qarşı tədbirlər görür.

.