Estoniya hökuməti Rusiya gəmilərinin bu ölkənin limanlarına daxil olmasını qadağan edib.

“RBK Ukraina” xəbər verir ki, bunu Estoniyanın iqtisadiyyat və kommunikasiyalar naziri Taavi Aas deyib.

Qərar bu gündən, aprelin 17-dən qüvvəyə minib.

“Kremlin aqressiyasına son qoymasına dair heç bir əlamət yoxdur. Ona görə Avropa tədricən müharibənin Rusiyaya baha başa gəlməsi üçün strateji yollar axtarır”, - o söyləyib.

Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Belçika, Rumıniya, Bolqarıstan və İtaliya Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağa qoyub.

.