Rusiya Ankaranın Ukraynanın Qara dənizdə Türkiyə gəmilərinə hücumlarından sonra Kiyevə sərt siqnal göndərə biləcəyinə ümid edir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Moskvanın Ankaranın Kiyevin hərəkətlərini açıq şəkildə qiymətləndirməsinə ümid etdiyini vurğulayıb.

Lavrov Ukraynanın Azov dənizində mülki gəmilərə hücumlarını “terrorçuluq” adlandırıb.

Rusiya XİN başçısı bu cür hərəkətləri dəniz quldurluğu adlandırmağın belə mümkün olmadığını deyib.

“Ona görə ki, piratlar malları ələ keçirirlər, məhv etmirlər”, - Lavrov əlavə edib.

.