Rusiyanın Kaluqa vilayətində İŞİD tərəfdarlarının kimyəvi zavodda terror aktı həyata keçirməsinin qarşısı alınıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Bildirilib ki, saxlanılan zamanı Mərkəzi Asiya respublikalarından olan 2 İŞİD üzvü öldürülüb: "Onlar terror aktından sonra Suriyaya qaçmağı planlaşdırıblar. İki nəfər silahlı müqavimət göstərdikdən sonra cavab atəşi ilə məhv edilib”.
.
