“NATO Kiyevin uğursuzluqları fonunda onu təxribat və terror müharibəsini gücləndirməyə sövq edir”.
Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Londondan olan kuratorlar hələ də Ukraynaya sülh bağlamağı qadağan edir.
Bortnikov Belarus sərhədləri yaxınlığında baş verən təxribatların Baltikyanı ölkələri və Polşanı münaqişəyə cəlb etmək cəhdindən xəbər verdiyini söyləyib.
O, ABŞ və müttəfiqlərinin döyüş zonasını Belarus və Moldovaya qədər genişləndirməyə çalışdığını qeyd edib.
Bildirib ki, NATO ölkələrinin hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə boyu əməliyyatlarının planlaşdırılması və hazırlanmasında iştirak edirlər.
FTX rəhbəri Qərbin Rusiyaya qarşı kiber əməliyyatları gücləndirdiyini də əlavə edib.
.