Rusiya Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Dmitri Melnik Rusiyadan İrana humanitar yardımın Azərbaycan vasitəsilə operativ surətdə çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Bunu Melnik azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib:
"Bu gün Rusiya Federasiyası Prezidentinin göstərişinə uyğun olaraq və fövqəladə hallar nazirinin göstərişi ilə İran xalqına təcili humanitar yardımın çatdırılmasının ikinci mərhələsi başa çatıb. Bu yardım 300 ton müxtəlif tibbi ləvazimatlardan ibarət olub. Ümumilikdə yükün çatdırılması təxminən dörd gün çəkib və bu, Rusiya və Azərbaycanın müxtəlif qurumlarının səyləri sayəsində mümkün olub. Bununla əlaqədar Rusiya nazirliklərinin və qurumlarının bütün işçilərinə, eləcə də bu humanitar yardımın tez bir zamanda çatdırılmasına kömək edən azərbaycanlı həmkarlarımıza təşəkkür etmək istəyirəm", - Melnik bildirib.
.
