Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.

 RİA "Novosti" verdiyi məlumata görə, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib", - açıqlamada deyilir.

Bundan başqa, fevralın 8-dən etibarən Moskva-Bişkek marşrutu üzrə müntəzəm uçuşların sayı qarşılıqlı olaraq həftədə bir dəfədən üç dəfəyə artırılıb.

.