Rusiya Federasiyasının hərbi aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub. Vurulan obyektlər arasında dörd komanda məntəqəsi, Barvenkovo və Slavyansk qəsəbələri ərazilərində iki Osa-AKM zenit-raket kompleksinin buraxılış qurğusu, iki artilleriya batareyası, iki reaktiv yaylım atəş sistemi qurğusu, Konstantinovka və Krestişe yaşayış məntəqələri ərazilərində dörd raket, artilleriya silahları və döyüş sursatları anbarları, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 32 ərazi və dayaq məntəqəsi var", - deyə Rusiya MN rəsmisi vurğulayıb.
Rusiya ordusu Odessa şəhərində neft emalı zavoduna raket zərbələri endirib
Rusiya ordusu Ukraynanın Odessa şəhərində neft emalı zavodunu və yanacaq anbarlarını məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
“Bu gün səhər saatlarında yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhərində bir neft emalı zavodunu və üç yanacaq-sürtkü materialları anbarını məhv edib. Bundan başqa, hava hücumundan müdafiə sistemləri Kudryaşovka və Şurovka kəndləri yaxınlığında havada iki Ukrayna pilotsuz uçuş aparatını vurub", deyə Rusiya MN rəsmisi vurğulayıb.
Konaşenkovun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 125 təyyarə və 88 helikopter, 383 pilotsuz uçuş aparatı, 221 zenit-raket kompleksi, 1903 tank və digər döyüş zirehli texnikası, 207 reaktiv yaylım atəşi sistemi, 805 səhra artilleriya silahı və minaatanlarını, o cümlədən 1781 hərbi avtomobilini məhv edib.
.
