COP29-un keçirilməsində azərbaycanlı dostlarımızı dəstəkləyirik və bu, çox vacibdir. İqlimin müdafiəsində parlamentlərin səsi eşidilməlidir, çünki qanunvericilər xalqın fikrini ifadə edirlər.
Bunu Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bildirib.
O bildirib ki, Azərbaycan artıq ilk görüş çərçivəsində iqlim dəyişikliyindən qorunma, su obyektlərinin qorunması üzrə tədbirlərin hazırlanması üçün bir sıra konkret təkliflər irəli sürüb:
"Bilirsiniz ki, ölkəmiz Azərbaycanla birlikdə prezidentlərimizin tapşırığı ilə Xəzərin qorunması üzrə tədqiqatlar və tədbirlər həyata keçirir. Ümid edirəm ki, bugünkü görüş iqlim dəyişikliyindən, o cümlədən Xəzərin qorunması üzrə konkret tədbirlərin hazırlanmasına imkan verəcək”.
Qeyd edək ki, bu gün COP 29 iqlim konfransı çərçivəsində Parlamentlərarası İttifaqın iştirakı ilə parlamentlərin görüşü keçirilir.
Tədbirdə Rusiya nümayəndə heyəti Federasiya Şurası və Dövlət Dumasının rəhbərliyi ilə təmsil olunur.
.