Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-Don şəhərində Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, eləcə də yüksək vəzifəli hərbçilərə və energetika obyektlərinə qarşı terror aktları hazırlamaqda şübhəli bilinən 4 qadını saxlayıb.

Yenizaman-ın “Interfax”a istinadən xəbərinə görə, bu barədə xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Həmin şəxslərin Ukrayna ərazisində atış, partlayıcı qurğuların hazırlanması və pilotsuz uçuş aparatlarının idarəolunması üzrə təlimlər keçdiyi açıqlanıb.

Bildirilib ki, saxlanılanların yaşadıqları evdən xeyli sayda partlayıcı maddə və onların hazırlanması üçün zəruri vasitələr, təlimatlar və istintaqın marağını kəsb edən digər dəlillər aşkarlanıb.

Hələlik adları açıqlanmayan şəxslərin əməllərini etiraf etdiyi və zəruri əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyi açıqlanıb.

.