Rusiya iyunun 3-dən Ermənistandan tumlu bitkilərin, badımcanın, kartofun və quru meyvələrin idxalını məhdudlaşdırır.
Bu barədə "Report" "Rosselxoznadzor"a istinadən xəbər verir.
"2026-cı il iyunun 3-dən etibarən Ermənistan mənşəli və Ermənistandan göndərilən tumlu meyvələrin, badımcanın, kartofun və qurudulmuş meyvələrin idxalına, həmçinin qeyd olunan məhsulların Aİİ-yə üzv dövlətlərə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Bu, həmin ölkələr tərəfindən karantin nəzarətinə aid məhsulların qəbulunun təsdiqlənməsi mexanizmlərinin olmaması ilə əlaqədardır", - "Rosselxoznadzor"dan bildirilib.
Məlumatda vurğulanıb ki, məhdudiyyətlər göndərilən malların təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq alqoritm hazırlanana qədər müəyyən edilib.
Xatırladaq ki, bu gündən etibarən "Rosselxoznadzor" Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalını məhdudlaşdırıb.
.
