Ağ Evlə Kreml arasında "soyuq müharibənin” kəskinləşdiyi dövrdə Rusiya Hərbi Hava Qüvvələri "T-50” (PAK FA) model 5-ci nəsil yeni döyüş təyyarəsini sınaqdan keçirib.
Rusiya Müdafiə Nazirliyi sınaqların uğurlu olduğunu bəyan edib.
Rusiyanın Hərbi Hava və Peyk Komandanı, general Viktor Bondarev bildirib ki, "T-50” döyüş təyyarəsi 2017-ci ilin sonuna kimi hərbi arsenala veriləcək.
Onun sözlərinə görə, hazırda sözügedən təyyarənin sınaq uçuşları həyata keçirilir: "Yeni nəsil döyüş təyyarəsinin digər qırıcılardan fərqli özəlliyi var. Hətta, deyərdim ki, bu döyüş təyyarəsinin dünyada analoqu yoxdur”.
