Rusiya Dövlət Duması və Federasiya Şurasının birgə iclasında terrorçuluqla mübarizəyə dair bəyanat qəbul olunub.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bəyanatda terrorçuluğa görə cəzanın sərtləşdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko terrorçular üçün beynəlxalq tribunal yaratmağa çağırıb.
.
