Azərbaycandan keçən yeni marşrutla Rusiyadan Ermənistana dəmir yolu ilə taxıl daşınması müntəzəm hal alıb.

Bu barədə Rusiya Dəmir Yolları ASC-nin direktorunun birinci müavini Sergey Pavlov deyib.

O, 2025-ci ilin noyabr ayında Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını, nəticədə uzun illər sonra Rusiyadan ilk dəfə taxıl yüklü qatarın göndərildiyini xatırladıb.

“Hazırda yüklərin çatdırılması müntəzəm olaraq həyata keçirilir. Gələcəkdə bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, – Pavlov qeyd edib.

Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl göndərilib.

.