Rusiya Çinə 24 ədəd Su-35 qırıcı təyyarəsi satacaq.
Yenizaman.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, "Rostex” korporasiyasının nümayəndəsi Viktor Kladov bildirib ki, iki ölkə arasında müvafiq saziş imzalanıb.
Onun sözlərinə görə, Rusiyanın Su-35 təyyarələrini satacaq ilk ölkə Çindir.
"Bu şübhəsiz ki, Rusiyanın siyasi seçimidir. Bu seçim Rusiya-Çin strateji tərəfdaşlığının dərinliyini göstərir”, - deyə V. Kladov vurğulayıb.
.