Rusiya XİN Çexiya səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib.

Xatırladaq ki, Çexiya mətbuatı bu ilin aprelin sonunda Praqaya Rusiya diplomatik pasportu ilə bir nəfərin gəldiyi və Sovet marşalı İvan Konevin abidəsinin sökülməsində və Rusiyanın Çexiyadakı Səfirliyinin qarşısındakı meydana Boris Nemtsovun adının verilməsində əlləri olan iki siyasətçini zəhərləmək üçün özü ilə ritsin (zəhərli maddə - red.) gətirdiyi haqqında məlumat yayıb.

RİA "Novosti" Çexiyada arzuolunmaz şəxs elan edilən rusiyalı diplomatların birinin "Rossotrduniçestvo" agentliyinin nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən şəxs, digərinin isə agentliyinin əməkdaşı olması haqqında məlumat yayıb.

.