Rusiya kəşfiyyatı Sevastopolun müdafiəsi muzeyinə hücumun Londonun təxribatı olduğunu iddia edib.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) muzeyə edilən hücumun “London və onun kəşfiyyat xidmətləri tərəfindən diqqətlə planlaşdırılmış təxribat” olduğunu açıqlayıb.
“Ukrayna hərbçiləri dronları hazırlayıb işə salıb Lakin ukraynalılar ehtimal ki, hücumun əsl məqsədindən xəbərsiz olublar. Uçuş tapşırıqları silah sistemlərinə Britaniya mütəxəssisləri tərəfindən yüklənib”, - Rusiya kəşfiyyatının açıqlamasında bildirilib.
Qeyd edək ki, bu ilin iyun ayında Sevastopolun hakimiyyət orqanları "Sevastopolun Müdafiəsi" panorama muzeyinin binasına dron hücumu barədə məlumat yayıb. Bir neçə saat sonra isə şəhərin meri panoramanın praktik olaraq məhv edildiyini açıqlayıb.
.
