Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynanın dörd regionunda keçirilən “qeyri-qanuni referendumları” pisləyən qətnaməsinə veto qoyub.

Qətnamə “referendumların” etibarsız olduğunu bəyan edib və bütün ölkələri ərazinin Moskva tərəfindən “iddia edilən ilhaqını” tanımamağa çağırıb.

15 üzvdən ibarət Təhlükəsizlik Şurasında qətnaməyə səsvermə zamanı 10 üzv lehinə, 1 üzv (Rusiya) əleyhinə səs verib. Çin, Hindistan, Braziliya və Qabon səsvermədə iştirak etməyib.

Qeyd edəki ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild səsvermədən əvvəl bildirib ki, Rusiyanın veto qoyacağı təqdirdə, qətnamənin sponsoru olan ABŞ və Albaniya onu heç bir veto hüququ olmayan 193 üzvün olduğu Baş Assambleyaya çıxaracaq və dünyaya nümayiş etdirəcəklər. Ölkələr hələ də suverenliyin və ərazi bütövlüyünün qorunmasının tərəfindədir.

Rusiyanın veto qoyması ilə sənədin BMT Baş Assambleyasına çıxarılması dəqiqləşib.

.