Rusiya BMT Təhlükəsizlik Şurasını “Şimal axını 1” və “Şimal axını” qaz kəmərlərində baş verən partlayışları araşdırmaq üçün komissiya yaratmağa çağırıb.
Bu barədə beynəlxalq media BMT-dəki mənbəyə istinadən xəbər verir.
Rusiya tərəfinin Təhlükəsizlik Şurasına göndərdiyi qətnamə layihəsində baş katibdən qaz kəmərlərində təxribatın təhqiqatı üçün təcili olaraq beynəlxalq müstəqil komissiya yaratmaq təklif olunur. Bildirir ki, bu, baş verənlərin bütün aspektləri üzrə hərtərəfli və qərəzsiz beynəlxalq araşdırma üçün zəruridir.
