Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobildə baş verən partlayış nəticəsində həlak olub.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
"İstintaq məlumatlarına əsasən, dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenyeva küçəsində avtomobilin altında quraşdırılmış partlayıcı qurğu işə düşüb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb", - bəyanatda bildirilib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisə yerində araşdırma davam edir.
.
