Rusiya baş prokurorunun müavini Saak Karapetyan helikopter qəzası nəticəsində ölüb.

"İnterfax” xəbər verir ki, hadisə ölkənin Kostroma vilayətində baş verib.

Qəzaya uğrayan helikopterdə baş prokukrorun müavinin S.Karapetyanla yanaşı, daha 2 nəfər olub. Onların hamısı həlak olub.

Hadisə ilə bağlı araşdırma aparılır.
.