Rusiya baş naziri Dimitri Medvedyev iştirak etdiyi toplantını binada eşidilən partlayış səslərinə görə təcili tərk edib.
Strateq.az bildirir ki, Skolkovoda keçirilən plenar sessiya zamanı qəfildən bir neçə partlayış səsi eşidilib. Forum işini təcili dayandırıb. İştirak edən baş nazir D. Medvedeyevə, baş nazirin birinci müavini Arkadi Dvorkobviçə və digər hökumət üzvlərinə zalı tərk etmək təklif edilib.
Baş nazir və digər rəsmilər zaldan evakuasiya edilib. Aparılan araşdırma nəticəsində ilkin olaraq müəyyən edilib ki, partlayış qısaqapanma nəticəsində yaraınb və yanğın törədib.
Hazırda zaldan heç kim kənara buraxılmır. Bütün ventlyasiya sistemi və işıqlar söndürülüb.
.
