2025-ci ilin yanvar- noyabr aylarında Azərbaycandan Rusiyaya 1,079 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Yenizaman bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İnformasiyaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon ABŞ dolları və ya 1 faiz çoxdur.
2025-ci ilin11 ayı ərzində Rusiyaya ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracatındakı payı 32,52 faiz təşkil edib.
Beləliklə, hesabat dövrü ərzində Rusiya Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr arasında birinci yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.
.
