Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahkı görüşün müəyyən mərhələsinə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də qatılacaq: "Görüşdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri dinləniləcək, münaqişənin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq".


.