Rusiya-Azərbaycan sərhədində 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:11-də qeydə alınıb.

Zəlzələnin episentri Dərbənddən 51 km cənubda, ocağı 44 km dərinlikdə olub.

.