Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 19-cu iclası bu ilin IV rübündə Moskvada keçiriləcək.

Bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədrlərinin iyun ayında onlayn formatda görüşü də keçiriləcək.

Rusiyalı diplomat iki ölkənin regionları arasında sıx əməkdaşlığın inkişaf etdiyini vurğulayıb: "Bu gün Rusiyanın 17 subyektinin Azərbaycanla əməkdaşlıq etməsi haqqında sazişi mövcuddur. Rusiyanın 71 regionundan olan kampaniyalar Azərbaycana yükdaşımalarla məşğuldur".  

Rusiya XİN başçısının müavini XI Rusiya-Azərbaycan Regionlararası forumunun keçirilmə vaxtını da açıqlayıb. O, forumun bu ilin ikinci yarısında Azərbaycanda keçirilməsinin planlaşdırıldığını söyləyib.  

.