Aprelin 26-da Bakıda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci yubiley iclası keçiriləcək.

Bunu RİA “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi 4-cü Departamentinin direktoru Denis Qonçar bildirib:

“İclasa hazırlıqlar yüksək səviyyədə davam etdirilir. Tərəflər ikitərəfli iqtisadi əməkdaşlığı əhatə edən kompleks məsələləri müzakirə edəcəklər. Həmçinin bizi qarşıda maraqlı və perspektivli layihələr gözləyir. Xatırladım ki, bu artıq cari ildə Azərbaycana səfər edəcək üçüncü işgüzar missiyadır. Onların ikisi 2021-ci ilin iyul və noyabr aylarında həyata keçirilib. Biz Qarabağın bərpasına yerli iş adamlarının cəlb olunmasında maraqlıyıq. Bunu ikitərəfli iqtisadi əməkdaşlığı stimullaşdıran əsas faktor hesab edirik” – D. Qonçar belə deyib.

.